"Mançester Yunayted" Cessi Linqardla yolları ayırıb.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə iyunun 30-da başa çatacaq müqavilə yenilənməyib.
Qeyd edək ki, klubun yetirməsi olan C.Linqard 2021/2022 mövsümündə İngiltərə Premyer Liqasında meydana çıxdığı 16 matçda meydana çıxıb və 2 qol vurub.
Linqard 2001-ci ildə 8 yaşında "Mançester Yunayted"ə qoşulub və 2014-cü ildə böyüklər arasında debüt edib.