"Səbail" müdafiəçi Camal Araqo ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Liberiyalı müdafiəçinin müddəti bitən müqaviləsi yenilənməyib. Araqo geridə qalan mövsümündə 28 oyuna çıxıb.
"Səbail" daha əvvəl Nikolas Raysel, Domantas Şimkus, İbrahim Aslanlı, Cavid Tağıyev və Elxan Əhmədovla yollarını ayırmışdı.