İngiltərə klubu "Sevilya"nın müdafiəçisini 31 milyon avroya transfer edib

11:06 2 İyun 2022

“Aston Villa” “Sevilya”nın müdafiəçisi Dieqo Karlosu transfer edib. 29 yaşlı braziliyalı İngiltərə klubu ilə 4 illik müqavilə imzalayıb. “Aston Villa”nın futbolçu üçün 31 milyon avro ödədiyi deyilir.
 
Dieqo Karlos 2019-cu ilin iyulundan “Sevilya”da çıxış edirdi. O, 2021/22 mövsümündə 45 matçda 3 qol vurub.


Digər xəbərlər

Xəbər xətti