“Norway Chess”: Şəhriyar Məmmədyarov uduzdu, Teymur Rəcəbov qələbə qazandı

Sportarena.az      2 İyun 2022 , 11:28
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində keçirilən “Norway Chess” turnirinin əsas mərhələsində növbəti görüşlərini keçiriblər. 
 
Sportarena.az xəbər verir ki, Məmmədyarov yarışın ikinci günündə fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib. Qara fiqurlarla oynayan 37 yaşlı qrossmeyster rəqibi ilə heç-heçə etsədə də, ikinci görüşündə məğlub olub.
 
Rəcəbov norveçli Aryan Tari ilə ağ fiqurlarla sülhə razılaşıb. Buna baxmayaraq təcrübəli şahmatçı ikinci qarşılaşmada Tariyə qalib gəlməyi bacarıb.
 
Hazırda Məmmədyarovun 2.5, Rəcəbovun isə 1.5 xalı var.
 
İyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronudur (451 000 manat). 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin