Əfsanəvi braziliyalı futbolçu Pele Ukraynada gedən müharibəyə görə Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.
81 yaşlı sabiq forvard deyib: “Mən bir xahişlə müraciət etmək istəyirəm: bu müharibəni dayandırın. Zorakılığa haqq qazandıra biləcək heç bir arqument yoxdur”.
Qeyd edək ki, Pele və Putin sonuncu dəfə 2017-ci ildə Moskvada Konfederasiyalar Kuboku zamanı görüşüblər.