Almaniyalı mütəxəssis Sandro Şvarts “Herta”nın “sükanı arxasına” keçib. Sportarena.az xəbər verir ki, bu barədə Berlin klubunun mətbuat xidməti məlumat yayıb.
43 yaşlı alman mütəxəssislə müqavilə 2024-cü ilin iyunun sonuna kimi qüvvədə olacaq. Onun rəsmi təqdimatı iyunun 20-də baş tutacaq.
“Herta”nın əvvəlki baş məşqçisi Feliks Maqat idi. Onun rəhbərliyi altında pley-offda “Şalke”ni məğlub edən (ümumi hesab 2:1) berlinlilər Bundesliqanın turnir cədvəlində 16-cı yeri tutub və elitadakı yerini qoruyub.