Aleksandr Səmədova Rusiya klubunda vəzifə verildi

13:16 2 İyun 2022

Rusiya millisinin keçmiş üzvü Aleksandr Səmədova yeni vəzifə verilib.


Sportarena.az xəbər verir ki, veteran yarımmüdafiəçi "Fakel" klubunda çalışacaq. Azərbaycan əsilli funksioner bu klubun baş seleksiyaçısı vəzifəsinə təyin olunub. Məlumatı Voronej təmsilçisinin mətbuat xidməti yayıb.


"Fakel" başa çatan mövsümdə Rusiya I Divizionunu 74 xalla ikinci pillədə başa vurub və Premyer Liqaya vəsiqə qazanıb.


Qeyd edək ki, Aleksandr Səmədov futbolçu karyerası ərzində "Sparkak", "Lokomotiv", "Dinamo", "Krılya Sovetov" klublarında çıxış edib. O, 53 dəfə Rusiya millisinin formasını geyinib. 


Digər xəbərlər

Xəbər xətti