Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə beynəlxalq təyinat alıb.
Sportarena.az xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində iyunun 5-də, San-Marinonun Serravalle şəhərində keçiriləcək San-Marino – Malta qarşılaşmasının baş hakimi olacaq.
Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.