"Mançester Yunayted"də növbəti ayrılıq

15:20 2 İyun 2022

İngiltərənin "Mançester Yunayted" klubunda növbəti ayrılıq gerçəkləşib.


Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilcisi Xuan Mata ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


İspaniyalı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.


Xuan Mata "Mançester Yunayted"ə 2014-cü ilin yanvarında "Çelsi"dən transfer olunub. 34 yaşlı futbolçu başa çatan mövsümdə "qırmızı şeytanlar"ın heyətində 12 matçda meydana çıxıb.

 

Xatırladaq ki, "Mançester Yunayted" müqaviləsi başa çatan Pol Poqba ilə də yollarını ayırıb. 


Xəbər xətti