"Fənərbaxça"nın yeni baş məşqçisi rəsmiləşdi - İllik 3 milyon avro maaş alacaq

15:29 2 İyun 2022

Türkiyənin "Fənərbaxça" klubunun yeni baş məşqçisi rəsmən müəyyənləşib.


Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisini Jorje Jesus çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı mütəxəssislə 1 illik müqavilə imzalayıb. 67 yaşlı çalışdırıcı "sarı-lacivərtlilər"də illik 3 milyon avro maaş alacaq.


Jorje Jesus "Fənərbaxça"nın baş məşqçisi postunda İsmail Kartalı əvəz edib. Onun son iş yeri "Benfika" olub. 


Digər xəbərlər

Xəbər xətti