Maksim Medvedev: "Komandada əhval-ruhiyyə yaxşıdır"

16:15 2 İyun 2022

"Komandada əhval-ruhiyyə yaxşıdır. Futbolçular artıq klubları yaddan çıxarıblar və fikirlərini milliyə yönəldiblər. Yeni turnirə başlayırıq. Rəqibləri analiz etmişik. Onların güclü və zəif tərəflərini bilirik. Son iki gündə oyuna hazırlıq prosesi gedir. Bu gün isə sonuncu məşqimizdir". 

Bu sözləri millimizin kapitanı Maksim Medvedev UEFA Millətlər Liqasının 1-ci turunda Qazaxıstanla səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

O, sabah ən optimal heyətlə mübarizə aparmağa çalışacaqlarını söyləyib: "İnanıram ki, komanda yoldaşlarım sabah ən yaxşı tərəfdən özlərini göstərəcəklər, “vuruşacaqlar”. Klublarımızdakı son oyunlardan xeyli vaxt keçib. İstirahət etmək üçün yetərincə vaxtımız olub. Baş məşqçimiz də bunu nəzərə alaraq oyunçuları yüksək tempdə saxlayıb və son iki gündəki məşq sırf oyuna hazırlıq xarakteri daşıyıb”.


Digər xəbərlər

Xəbər xətti