Türkiyə Superliqasına vəsiqə qazanan son komanda bəlli oldu

10:47 3 İyun 2022

Növbəti mövsüm üçün Türkiyə Superliqasına vəsiqə qazanan son komandanın adına aydınlıq gəlib.

Sportarena.az xəbər verir ki, bu, "İstanbulspor" olub. Komanda pley-off mərhələsinin finalında "Bandırmaspor"la qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. "İstanbulspor" bununla da 2022/23 mövsümündə Superliqada oynamaq şansı qazanıb.

Qeyd edək ki, daha əvvəl "Ankaragücü" və "Ümraniyespor" Superliqaya vəsiqə əldə edib. 


Digər xəbərlər

Xəbər xətti