Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Böyük Dəbilqə turniri start götürəcək.
Azərbaycanın altı cüdoçusu mübarizəyə başlayacaq. Turan Bayramov (60 kq) 1/8 final mərhələsində Allan Kuvabara (Braziliya) - Xanbolot İrisbekov (Qırğızıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Rövşən Əliyev (60 kq) bu raundda Daniel Lautgeb (Avstriya) - İrakli Kupatadze (Gürcüstan) duelinin güclüsü ilə qarşılaşacaq.
İsmayıl İbrahimov (66 kq) 1/16 finalda Yevgeni Qonçarkonun (Ukrayna), İbrahim Əliyev (66 kq) Sərdar Rahimovun (Türkmənistan) müqavimətini qırmağa çalışacaq.
Qadınların yarışında Şəfəq Həmidova (48 kq) 1/8 finalda Nataşa Ferreyra ilə (Braziliya), Aişə Qurbanlı (48 kq) isə Amber Qersjeslə (Niderland) görüşəcək.
Qeyd edək ki, Böyük Dəbilqə iyunun 5-də başa çatacaq. Azərbaycan yarışda 10 cüdoçu ilə təmsil olunur.