Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda Belarusla keçirəcəyi oyununa hakim təyinatları açıqlanıb.
Sportarena.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı İsveçdən olan hakimlər briqadası idarə edəcək. Referi Məhəmməd Əl-Hakim olacaq. Ona yan xətt hakimləri qismində Fredrik Kliver və Markus Lundqren Klitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Qranit Magedonçi yerinə yetirəcək.
Qeyd edək ki, iyunun 6-da Serbiyanın Novi Sad şəhərindəki “Karacorce” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.