“Formula-1”in keçirildiyi ərazidəki sakinlər yaşayış yerlərinə necə gedəcəklər? - AÇIQLAMA

14:40 3 İyun 2022

“Formula-1” üzrə Azərbaycan Qran-prisinə görə məhdudiyyət tətbiq olunan yollarda yarışın keçirildiyi müddətdə (10-12 iyun) nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış yerinə giriş icazəsi” veriləcək.

Bunu Bakı Şəhər Halqasının Milli mətbuat katibi Turab Teymurov deyib. O bildirib ki, bu zonalarda yaşayan və ya əmək fəaliyyəti ilə məşğul olan sürücülər icazəni tam ödənişsiz şəkildə əldə edə bilərlər:

“Vətəndaşlar “Yaşayış yerinə giriş icazəsi” sənədinin paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə edə bilərlər. Bunun üçün Zona 1 - İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Zona 2 - 4 nömrəli Mənzil-Kommunal və İstismar İdarəsi və Zona 3 - 58 nömrəli Mənzil-Kommunal və İstismar İdarəsinə müraciət etmək mümkündür”.

Qeyd edək ki, “Yaşayış yerinə giriş icazəsi”nin paylanması 16 may tarixindən başlayıb və 12 iyunadək davam edəcək.  (oxu.az)


Digər xəbərlər

Xəbər xətti