Bakıda təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Sportarena.az xəbər verir ki, “Qəbələ” klubunun üzvləri Rauf Rüstəmli və Süleyman Damadayev səhhətləri ilə əlaqədar düşərgədən ayrılıblar.
U-20 hazırlıq çərçivəsində iyunun 5-də və 7-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.