“Neftçi”nin Müşahidə Şurasının iclası iyunun 8-nə təyin olunub.
Sportarena.az xəbər verir ki, klubun inzibati binasında təşkil olunacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Hesabatların dinlənilməsi.
2. A komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.
3. B komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.
4. Növbəti mövsümün büdcəsi.
5. Digər məsələlər.
Müşahidə Şurasının iclasının başlanma saatı haqqında məlumat verilməyib.