Canni De Byazi: "Təcrübəli futbolçular belə səhv etməməlidirlər"

22:37 3 İyun 2022

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının ilk turunun oyununda səfərdə Qazaxıstana 0:2 hesabı ilə məğlub olub.


Sportarena.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Canni de Byazi açıqlama verib:

 

“İlk hissədə çoxlu imkanlarımız oldu. Təəssüf ki, yaratdığımız 4-5 qol imkanından istifadə edə bilmədik. Hətta deyərdim ki, mən baş məşqçi təyin olunduğumdan gündən bəri ən yaxşı ilk hissəni oynadıq. Start heyəti oyuna çox yaxşı başladı. İkinci hissədə 26 metrdən qol buraxdıq. İkinci qol isə böyük diqqətsizlikdən oldu. Hansıki təcrübəli futbolçular belə səhv etməməlidirlər. 2:0-dan sonra oyunda dönüş yaratmaq çox çətin idi. Təəssüf ki, oyunumuz uğursuz nəticələndi. Futbol elə oyundur ki, yaratdığın qol imkanlarından istifadə etməlisən, etməsən nəticədə məğlub olacaqsan. Adətən uduzanda səhv məşqçidə olur”.


Digər xəbərlər

Xəbər xətti