Milan Obradoviç: "Oyun daha böyuk hesabla başa çata bilərdi"

01:25 4 İyun 2022

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Estoniya - Azərbaycan qarşılaşmasından sonra milli komandamızın baş məşqçisi Milan Obradoviç fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, serbiyalı mütəxəssis 5:0 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:

 

"Qələbə münasibətilə hamını təbrik edirəm. Oyuna gəlincə, əsl futbol nümayiş etdirdikləri üçün futbolçulara təşəkkür edirəm. Çünki onlar qarşılarına qoyulan bütün tapşırıqları yerinə yetirdilər. Xüsusən də taktiki cəhətdən. Məhz buna görə də sərfəli nəticə qazana bildik. Futbolçularımla fəxr edirəm. Hesabı tez açmağımız bizə özünəinam qazandırdı. Çoxsaylı qol vəziyyətləriimiz oldu. Oyun daha böyuk hesabla başa çata bilərdi. Bununla belə, komandada bəzi fərdi səhvlər də var idi. Məhz buna görə də rəqib qapımız qarşısında təhlükəli vəziyyət yarada bildi. Amma futbolda belə hallar olur. Bunları müzakirə edəcəyik. Amma bu, əsas deyil. Futbolcularıma inanıram. Onlar Azərbaycan futbolunun gələcəyidir. Uşaqlara həmişə hər oyunda və məşqdə özlərini sübut etməyi tapşırıram. Arzu edirəm ki, onlar öz klublarına qayıtdıqdan sonra da bunun davamını gətirsinlər. İnanıram ki, onlar daha yaxşı oynaya bilərlər".


Digər xəbərlər

Xəbər xətti