UEFA-dan Elçin Məsiyevə təyinat

11:11 4 İyun 2022

FİFA referisi Elçin Məsiyev beynəlxlq oyuna təyinat alıb.

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 6-da keçiriləcək Lüksemburq – İtaliya qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq.

Qeyd edək ki, iyunun 6-ı keçiriləcək sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.


Xəbər xətti