Avropadan DÇ-2022-yə vəsiqə qazanan sonuncu milli komanda müəyyənləşib.
Sportarena.az xəbər verir ki, pley-off mərhələsinin final matçında Uels və Ukrayna yığmaları üz-üzə gəlib.
"Kardiff Siti" stadionunda baş tutan qarşılaşma ev sahiblərinin minimal hesablı qələbəsilə yekunlaşıb. Bununla da uelslilər 64 ildən sonra yenidən dünya çempionatına vəsiqə qazanıb.
DÇ-2022, pley-off mərhələsi, final
Uels - Ukrayna 1:0
Qol: Yarmolenko 34 (avtoqol)
Baş hakim: Mateu Laos (İspaniya)