“Qarabağ” iyunun 9-da yeni mövsümün hazırlığı üçün bir araya gələcək. Sportarena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Hazırlığın Bakı mərhələsi iyunun 20-dək davam edəcək.
Komanda hazırlığın ikinci mərhələsi üçün iyunun 20-də Avstriyaya yollanacaq. Avstriya toplanışı üçün 3 yoxlama oyunu nəzərdə tutulub. Rəqiblər barədə daha sonra məlumat veriləcək.