“Səbail” daha bir futbolçunu saxladı

11:29 6 İyun 2022

"Səbail" futbolçusu Tural Bayramlı ilə müqavilənin müddətini uzadıb.

Sportarena.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi daha iki il "dənizçilər"in formasını geyinəcək. Tural Bayramlı bu ilin yanvarından "Səbail"də çıxış edir.

Qeyd edək ki, “Səbail”də daha öncə Adil Nağıyev, Ruslan Hacıyev və Ədilxan Qarəhmədovla da yeni müqavilə imzalanmışdı. 


Digər xəbərlər

Xəbər xətti