Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə millisinə dəstək oldu

11:50 6 İyun 2022

​​​​

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin qadın voleybolçulardan ibarət milli komandasına dəstək olub. 

Sportarena.az xəbər verir ki, bu barədə qardaş ölkənin xarici işlər naziri Mevlut Çavuşoğlu öz Feysbuk hesabında paylaşım edib. Onlar yığmanın Millətlər Liqasında Belçika ilə matçını izləyiblər. Çavuşoğlu və Bayramov telefon işıqlarından istifadə edərək Türkiyə millisinə dəstək göstəriblər. 

Türkiyə görüşdə Belçikanı 3:1 hesabı ilə məğlub edib.  

 

 


Digər xəbərlər

Xəbər xətti