“Barselona”nın futbolçusu millinin tarixinə düşdü

12:33 6 İyun 2022

“Barselona”nın yarımmüdafiəçisi Qavi İspaniya millisinin tarixinə düşüb. Sportarena.az xəbər verir ki, o, buna UEFA Millətlər Liqasında Çexiyaya qarşı keçirdikləri oyunda (2:2) nail olub.
 
45+3-cü dəqiqədə komandasının ilk qoluna imza atan Qavi yığmada bunu ən gənc yaşda bacaran oyunçuya çevrilib. Yarımmüdafiəçi 17 yaş 304-cü günündə buna müvəffəq olub. O, 2020-ci ilin sentyabrında Millətlər Liqası matçında Ukraynaya 17 yaş 311-ci günündə qol vuran Ansu Fatinin rekordunu təzələyib.
 
Qavi 2021-ci ildə İspaniya millisində debüt edib. 


Digər xəbərlər

Xəbər xətti