“Liverpul” Ceyms Milnerlə yeni müqavilə bağladı

14:14 6 İyun 2022

“Liverpul” yarımmüdafiəçi Ceyms Milnerlə yeni müqavilə imzalayıb. Sportarena.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
 
36 yaşlı ingilis futbolçunun mersisaydlılarla hazırkı anlaşması iyunun sonunda başa çatırdı. Bu üzdən də tərəflər yeni müqavilə imzalayıblar. Müqavilənin detalları bu həftə açıqlanacaq.
 
Milner son mövsümdə “qırmızılar”ın heyətində bütün turnirlərdə 39 oyuna çıxıb. 


Digər xəbərlər

Xəbər xətti