Futbol üzrə Argentina milli komandası yoxlama oyununda qüvvəsini sınayıb.
Sportarena.az xəbər verir ki, bir neçə gün öncə “Finalissima”da İtaliya yığmasını 3:0 hesabıyla məğlub edən Cənubi Amerika çempionu Estoniyanı 5:0 hesabı ilə darmadağın edib. Qalib komandanın bütün qollarını (8, 45, 47, 71 və 76-cı dəqiqələrdə) Lionel Messi rəqib qapısından keçirib. O, karyerasında ikinci dəfə penta-trik müəllifi olub.
35 yaşlı hücumçu penta-trik sayəsində yığmadakı qol sayını 86-ya çatdırıb. O, bunun sayəsində milli komandaların ən yaxşı bombardirləri siyahısında da 4-cü yerə yüksəlib. Messi Macarıstan millisinin sabiq hücumçusu, 84 qolu olan Ferents Puşkaşı da geridə qoyub.