“Mançester Yunayted” kapitanını da dəyişir

15:00 6 İyun 2022

Qapıçı David De Xea “Mançester Yunayted”in yeni kapitanı ola bilər. Sportarena.az xəbər verir ki, “qırmızı şeytanlar”ın yeni baş məşqçisi Erik ten Haq komandanın lideri kimi məhz De Xeanı görür.
 
Ötən mövsüm MY-nin kapitanı Harri Maquayr olub. Amma ingilis futbolçu oyun keyfiyyətinə görə ciddi tənqidlərə məruz qalıb. O, hətta ölüm təhdidləri də alıb.
 
Daha əvvəl “Mançester Yunayted”in yaxın vaxtlarda De Xea ilə yeni müqavilə imzalayacağı bildirilirdi. İspan qolkiper 2021-ci ilin iyulundan “Mançester Yunayted”də çıxış edir.
 
“Mançester Yunayted” ötən mövsümdə Premyer Liqanı 58 xalla altıncı pillədə başa vurub. 


Digər xəbərlər

Xəbər xətti