“Səbail” futbolçusu Əfran İsmayılovla yolları rəsmən ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin yaydığı açıqlama bildirilib.
33 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb. “Həm meydançada, həm də meydançadan kənarda əsl peşəkar! Səninlə işləməkdən qürur duyduq! Hər şey üçün təşəkkür edirik!” – deyə “Səbail”in paylaşımında bildirilib.