Slovakiya millisinin baş məşqçisi Ştefan Tarkoviç istefaya göndərilib.
Sportarena.az xəbər verir ki, yerli federasiya evdə Qazaxıstana 0:1 hesablı məğlubiyyətdən sonra Tarkoviçlə yola davam etmək istəməyiblər. Slovakiya Futbol Federasiyasının keçirdiyi iclasda 49 yaşlı mütəxəssisin işinə son verilməsi qərara alınıb.
Qeyd edək ki, iyunun 10-da "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq.