Bu gün “Neftçi” klubunun Müşahidə Şurasının iclası keçiriləcək.
Sportarena.az xəbər verir ki, saat 16:00-dan etibarən klubun inzibati binasında təşkil olunması planlaşdırılan iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Hesabatların dinlənilməsi.
2. A komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.
3. B komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.
4. Növbəti mövsümün büdcəsi.5. Digər məsələlər.