Mini-futbol üzrə Azərbaycan yığması Slovakiyada keçirilən Avropa çempionatında 1/8 final mərhələsinin oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Elşad Quliyevin yetirmələri İsrail yığması ilə qarşılaşıb və 3:0 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib. Qolları Mirmehti Rzayev, Elvin Əlizadə və Davud Kərimi vurub.
Millimiz 1/4 finalda Slovakiya-Gürcüstan cütünün qalibi ilə oynayacaq.