“Barselona”nın müdafiəçisi Jerar Pike və müğənni Şakira oğullarının beysbol oyununa birlikdə qatılıblar. Sportarena.az xəbər verir ki, cütlük həftəsonu Çexiyada keçirilən beysbol turnirində səkkiz yaşlı oğulları Milanın oyununa qatılıb.
Müğənninin sevinclə gülümsəyərək bir qrup uşaqla söhbət etdiyi, Pikenin isə matç bitdikdən sonra başını aşağı salaraq yeridiyi qeyd edilir.
İyunun 4-də Şakira 11 illik evliliyindən sonra Pike ilə ayrıldığını açıqlamışdı.
Pike və Şakiranın yeddi yaşlı Saşa adlı qızı da var.