“Neftçi” Samir Abasovla yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, klubun Müşahidə Şurasının iclasında Abasovla yolların ayrılmasına qərar verilib. Onunla müqavilə müddəti uzadılmayıb.
2020-ci ilin noyabr ayından “Neftçi”ni çalışdıran Samir Abasov "ağ-qaralar"a ötən mövsüm ölkə çempionluğunu yaşadıb.