Əliyar Ağayev Yunanıstan Superliqasının final oyununa təyinat aldı

11:36 9 İyun 2022

Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının matçına təyinat alıb.

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Ağayev Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, pley-off mərhələsində "Veriya" və "Lamiya" arasındakı ilk final qarşılaşmasını idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər.

Qeyd edək ki, matç iyunun 11-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti