Fransa prezidentindən PSJ-nin futbolçusunun qərarına reaksiya

12:58 9 İyun 2022

Fransa prezidenti Emmanuel Makron  Kilian Mbappenin PSJ-də qalmaq qərarına münasibət bildirib.

O deyib: “Mən Mbappe ilə danışa bildim, lakin o, öz seçimini etdi. O, yetkin insan olduğunu göstərdi. Kilian karyerasının qurulmasına məsuliyyətlə yanaşır".

Qeyd edək ki, 23 yaşlı oyunçu may ayında PSJ ilə üç illik yeni müqavilə imzalayıb. Onu "Real" transfer etmək istəyirdi.


Digər xəbərlər

Xəbər xətti