“Sabah” millimizin üzvünü transfer edib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Anatoli Nuriyev bundan sonra Masazır klubunun uğurları üçün çalışacaq. 26 yaşlı yarımmüdafiəçi "Sabah"la üç illik müqavilə imzalayıb.
Anatoli “Sabah”da 9 nömrəli formada çıxış edəcək. Onun son klubu "Sumqayıt" olub.