“Barselona” futbolçusunu “Brügge”yə satdı

14:25 9 İyun 2022

“Barselona”nın hücumçusu Ferran Jutqla “Brügge”yə keçib. Kataloniya klubunun rəsmi saytında yer alan xəbərə görə, Belçika klubu 23 yaşlı ispaniyalı üçün 5 milyon avro ödəyəcək.
 
“Barselona” hücumçunun növbəti satışından 10 faiz pay alacaq.
 
Jutqla ötən mövsüm “Barselona”nın heyətində 9 oyunda 2 qol vurub. 


Xəbər xətti