Türkiyə klubu Pirlonu baş məşqçi gətirir

17:20 9 İyun 2022

Türkiyənin “Fatih Karagümrük” klubu Andrea Pirlonu baş məşqçi postuna gətirir.
 
Sportarena.az xəbər verir ki, jurnalist Nikolo Skira bu barədə paylaşım edib. 43 yaşlı mütəxəssisin 3 illik müqaviləyə imza atması gözlənilir. “Fatih Karagümrük” ötən mövsüm Türkiyə Super Liqasında 8-ci yeri tutub.
 
Pirlo 2021-ci ildə “Yuventus”un baş məşqçi postundan istefaya göndərildikdən sonra işsiz idi. 


Xəbər xətti