"Sabah"ın yeni transferi Anatoli Nuriyev klubun mətbuat xidmətinə açıqlama verib.
Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi Masazır klubuna transferi barədə bu cür danışıb:
"Sabah"a keçdiyimə görə çox şadam. Burda mənə tanış simalar var. İnanıram ki, yeni komandama tez uyğunlaşacağam.
"Sabah"da məşqlərə başlamaq, yeni komanda yoldaşlarım və məşqçilərimlə tanış olmaq üçün səbirsizlənirəm. Ümid edirəm növbəti mövsüm bizim üçün uğurlu olacaq və qarşımıza qoyulan hədəfə çatacağıq.