“Formula-2”: Azərbaycan Qran-prisində sıralama turu nda qəza

17:28 10 İyun 2022

Bakıda “Formula-2” üzrə Azərbaycan Qran-prisində sıralama turu keçirilib.

“Report”un məlumatına görə, saat 16:30-da başlayan yarış yarım saat davam edib. Sıralama turu zamanı növbəti qəza baş verib.

“Dams” komandasından Ayumu İvasanın bolidi sıralama turunda qoruyucu səddə çırpılıb. Nəticədə qırmızı bayraq qaldırılıb. İsava yarışı davam etdirə bilməyib.

Daha sonra Bakıda “Formula-2” üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb. “Hitech Grand Prix” komandasından Yuri Vips ən yaxşı nəticəni göstərib. 

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq. 


Digər xəbərlər

Xəbər xətti