Azərbaycan Pauerliftinq Federasiyasının rəhbər şəxsləri istefa verib.
Sportarena.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vitse-prezident Rüfət Ağayev və baş katib Hafiz Verdiyev öz istəkləri ilə vəzifələrindən ayrılıblar. Bu barədə onlar feysbuk hesablarında paylaşım ediblər.