“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç “Everton”la yeni müqavilə imzalayıb. 35 yaşlı “əlcək sahibi” 2023-cü ilin yayına kimi Premyer Liqa klubunun şərəfini qoruyacaq.
Bu barədə Liverpul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə digər qapıçı Endi Lonerqana da yeni müqavilə təklif olunduğu diqqətə çatdırılıb.
“Everton”un yeni müqavilə təklif etdiyi daha bir futbolçu – sağ cinah müdafiəçisi Conco Kenni isə komandada qalmaq istəməyib. O, özünü başqa komandada sınamaq istədiyini rəhbərliyə bildirib.
Xatırladaq ki, Asmir Beqoviç 2019/2020 mövsümünün birinci yarısını icarə əsasında “Qarabağ”da keçirib.