“Qəbələ” İdman Klubunun və Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb.
Sportarena.az xəbər verir ki, o, Rusiyanın paytaxtı Moskvada "AMC Fight Nights"da titul döyüşünə çıxıb.
Yüngül çəkidə kəmərin sahibi olan 28 yaşlı təmsilçimiz rusiyalı Marif Pirayevlə qarşılaşıb. İrina Viner Usmanova adına Gimnastika Sarayında təşkil olunan qarşılaşma Nərimanın üstünlüyü ilə keçib. İlk dəqiqələrdən fəal döyüşən Abbasov beş raundluq qarşılaşmanın taleyini ilk iki hissədə həll edib. Onun zərbələri qarşısında tab gətirməyən rəqib üçüncü raunda çıxmaqdan imtina edib.
Beləliklə, karyerasında 31-ci döyüşdə 28-ci qələbəsini qazanan idmançı "AMC Fight Nights" çempionu titulunu növbəti dəfə qoruyub.