“Şaxtyor”un sahibi Ukraynada futbolun bərpası üçün 2 milyon avroya yaxın yardım ayırıb

11:25 11 İyun 2022

“Şaxtyor”un sahibi Rinat Axmetov Ukrayna çempionatının keçirilməsi üçün 1,9 milyon avro vəsait ayıracaq.

Sportarena.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. 

“Ukraynanın indiki ağır durumunda bir-birimizə inanmalı və kömək etməliyik. “Şaxtyor” Ukrayna Futbol Federasiyasının və klubların yeni mövsümdən Premyer Liqanı bərpa etmək niyyətini alqışlayır. Ölkədəki çətin iqtisadi durumla əlaqədar hamı çempionata lazımınca hazırlaşa bilmir. Bununla əlaqədar klub prezidenti Rinat Axmetov Premyer Liqa, birinci və ikinci liqa klublarına və uşaq futbolu layihələrinə 1,9 milyon avro dəstək verəcək”.


Digər xəbərlər

Xəbər xətti