Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. 302 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" yer alıb.
Aktivində 141,5 xalı olan "köhlən atlar" ötən ayla müqayisədə 10 pillə irəliləyərək 89-cu yerə yüksəlib.
"Ağ-qaralar" isə 81 xalla 221-ci mövqedən 235-ci sırayadək geriləyib. "Neftçi" Zambiyanın "Zanako" və Meksikanın "CSYD Atlas" klubları ilə eyni xalı toplayıb.
İlk "3-lük"də 310 xalla "Palmeyras" (Braziliya), 291 xalla "Liverpul" (İngiltərə) və 287 xalla "Flamenqo" (Braziliya) qərarlaşıb.