Türkiyə milli komandasının keçmiş baş məşqçisi Şenol Günəş ölkə xaricində çalışa bilər.
Sportarena.az xəbər verir ki, 70 yaşlı mütəxəssisə Fransadan təklif var. Təcrübəli məşqçinin xidmətində "Sent-Etyenn" maraqlıdır.
Uzun illərdən sonra Fransa I Liqasını tərk edən "ağ-yaşıllar" türkiyəli məşqçinin rəhbərliyi ilə yenidən yüksək liqaya qayıtmağı hədəfləyir.
Məşqçilik karyerası ərzində "Trabzonspor", "Bursaspor", "Beşiktaş" kimi klublarda çalışmış Şenol Günəş bir dəfə ölkə xaricində təcrübə yaşayıb. O, 2007-2009-cu illərdə Cənubi Koreyanın "Seul" klubunun baş məşqçisi olub.