Azərbaycan millisi bu gün Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.
Yığmamız 4-cü turda Belarusla doğma meydanda qarşılaşıb. "Dalğa Arena"da keçirilən görüş millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycanın qollarını 76-cı dəqiqədə Mahir Emreli və 90+3-cü dəqiqədə Ramil Şeydayev vurublar. Beləliklə, millimiz qrupda ilk qələbəsini qazanıb.
Komandalar arasında 1 həftə əvvəl oynanılan ilk matç 0:0 hesabı ilə yekunlaşıb.
Qrupun digər qarşılaşmasında isə lider Qazaxıstan Slovakiyanı 2:1 hesabı ilə məğlub edib.
Millətlər Liqası, 4-cü tur
C Liqası
3-cü qrup
Azərbaycan - Belarus - 2:0
Qollar: Mahir Emreli, 76, Ramil Şeydayev, 90+3
Hakimlər: Anastasios Papapetru, Trifon Petropulos, İordanis Aptosoqlu, Georgios Tsovaras (Yunanıstan)
"Dalğa Arena".
Qazaxıstan - Slovakiya - 2:1
Qollar: Voroqovski, 18, Astanov, 39 - Bero, 51
Qırmızı vərəqə: Dudo, 87
Baş hakim: Bram van Direşşe (Belçika)
"Astana Arena"