Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.
Püşkatma zamanı təmsilçimiz "Qarabağ"ın da rəqibi müəyyənləşib. “Səpələnmiş”lər səbətində olan Azərbaycan çempionunun rəqibi “səpəIənməmişlər” səbətində yer alan Polşa çempionu "Lex" olub. İlk matç səfərdə olacaq.
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları 5/6 və 12/13 iyulda keçiriləcək.