İngiltərənin “Çelsi” klubu yarımmüdafiəçisi Billi Gilmorla müqavilənin müddətini uzadıb. Sportarena.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı yeni sözləşmənin müddəti 2024-cü ilin yayına qədərdir.
2019-cu ildən “Çelsi”nin əsas komandasında forma geyinməyə başlamış Gilmor “zadəganlar”ın heyətində cəmi 11 matça çıxıb. Şotlandiya yığmasının da üzvü olan 21 yaşlı futbolçu ötən mövsümü icarə əsasında “Norviç Siti”də keçirib.